Nazirlik tələbə və məzunlara 380-dən iş təklif edilib

Nazirlik tələbə və məzunlara 380-dən iş təklif edilib
11:54 23 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti məşğulluq tədbiri Bakı Slavyan Universitetində təşkil olunub.

 

ƏƏSMN-nin  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə 9-u dövlət, qalanları özəl sektora məxsus 62 müəssisə tərəfindən 382 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.

 

Həmin iş yerlərindən 337-si özəl müəssisələrə aid olub. Tədbirdə işəgötürənlərin nümayəndələri ilə tələbə və məzunlar arasında ilkin əlaqələr qurulub, mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlar verilib. Boş iş yerlərinə göndərişlər verilib, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb. Həmçinin tələbə və məzunlar gələcəkdə işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər.

 

Qeyd edək ki, cari ilin ötən dövründə artıq 10 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Tədbirlər zamanı 370 nəfər boş iş yerlərinə göndərişlər verilib, 128 nəfər əlavə təhsil kurslarına cəlb olunub, 3443 nəfər tələbə və məzundan şəxsi məlumatları (CV) qəbul edilib.

 

Bildirək ki, belə tədbirlərdə məqsəd dövlət məşğulluq strategiyasına uyğun olaraq, gənclərin əmək bazarına çıxış imkanlarına yiyələnməsinin dəstəklənməsi, onların uğurlu əmək karyerasına doğru ilk addımlarını atmaları, eyni zamanda, işəgötürənlərin müvafiq ixtisas bacarıqlarına malik kadrların seçimini aparmaları üçün şərait yaradılmasıdır.

 





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR