"Natavanla elə də yaxın münasibətim olmayıb"

"Natavanla elə də yaxın münasibətim olmayıb"
11:56 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Yeni ili Dubayda Oksana ilə birlikdə keçirəcəyik. Xasiyyətlərimiz uyğundur. Kiminsə haqqında dedi-qodu etmirik. Ancaq özümüzdn danışırq. Ona görə də dostluğumuz alınır".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni İlhamə Qasımova deyib. O, O.Rəsulova ilə müğənni Natavan Həbibinin küsməsindən bəhs edib:

“Mən elə davaya qarışmıram. Bu onların arasında olan mübahisədir. Mənim müdaxiləm olsa da, olmasa da işlər dəyişməyəcək. Mənim Natavanla elə də yaxın münasibətim olmayıb. Hardasa üz-üzə gələndə salamlaşmışam”.

İ.Qasımova O.Rəsulovanın prodakşınında lentə alınan və özünün də çəkildiyi “Şər qarışanda” filmindən də danışıb:

“Filmdə çəkildiyim üçün qonorar təklif etmişdi. Amma istəmədim. Bilirəm ki, Oksananın dəstəyə ehtiyacı var. Yeni prodakşın açıb. Həm də ssenaridən xoşum gəldi. Sevgi-məhəbbət obrazları mənlik deyil. Elə təklifi qəbul etmərəm. Tərəf müqabili elə aktyor olmalıdır ki, həyatda da ondan kişi kimi xoşum gəlsin və real oynayım. Sünilik edə bilmərəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR