Ağstafada sahibsiz itlər kəndə hücum etdi - FOTO

Ağstafada sahibsiz itlər kəndə hücum etdi - FOTO
12:05 23 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafada sahibsiz itlər kəndə hücum edib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Kənd sakini Arifə Orucova xırdabuynuzlu heyvanları həyətə salıb və Ağstafa şəhərinə gedib. Günorta saatlarında kəndə qayıdan qadın qoyunların leşləri ilə qarşılaşıb. Heyvanlara hücum edən itlər onlardan 5-ni öldürüb, 1-ni isə ağır yaralayıb.

Sakinlər bildirir ki, sahibsiz itlər kənd ərazisində insanlara da hücum edir. Gecə-gündüz Tatlıda sərbəst gəzən quduz itlər azyaşlılar üçün daha çox təhlükə mənbəyi hesab olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR