Türk Dil Qurumunun başqanı AMEA-nın Əlyazmalar İnstitutunda

Türk Dil Qurumunun başqanı AMEA-nın Əlyazmalar İnstitutunda
12:08 23 Dekabr 2015
105 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Türkiyənin nüfuzlu dil mərkəzi Türk Dil Qurumunun başqanı, professor Mustafa Kaçalin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qonaq özünün və rəhbərlik etdiyi qurumun türk xalqları ədəbiyyatının öyrənilməsi sahəsindəki fəaliyyəti barədə məlumat verib.
İnstitutun direktoru, akademik Teymur Kərimli qonağa institutun tarixi, burada görülən işlər və əlyazmaların mühafizəsi, bərpası, nəşrə hazırlanması və elektronlaşması haqqında danışıb.
Sonra qonaq əlyazmaların saxlanılması, bərpa laboratoriyası ilə tanış olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turk_Dil_Qurumunun_basqani_AMEA_nin_Alyazmalar_Institutunda-913574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR