Yozef Blatter: Mən futbolla bağlı fəaliyyətimə son verdim

Yozef Blatter: Mən futbolla bağlı fəaliyyətimə son verdim
12:13 23 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Səkkiz il futbol fəaliyyətindən uzaqlaşdırılan FİFA prezidenti Yozef Blatter karyerası ilə bağlı son qərarını verib.
AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, Blatter artıq futbol karyerasına son verdiyini açıqlayıb.
“Mən futbol fəaliyyəti ilə bağlı karyerama son vermək qərarına gəldim. Mayın 27-dən ABŞ hakimiyyəti FİFA-nın işlərinə qarışmağa başladı və həmin tarixdən mənim də bizim quruma olan ümidlərim heçə endi. Həmin gündən etibarən Ali futbol qurumuna qarşı mafioz bir təşkilat imici yaradıldı. Mən və Platinin postdan kənarlaşdırılması cəfəngiyatdır. Çünki İsveçrə qanunlarını rəhbər tutsaq, burada səkkiz il fəaliyyətdən kənarda qalan şəxs, ya qətldə əli olmalı və yaxud hər hansı bir bankı soymalıdır”, - deyə Blatter bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yozef_Blatter_Men_futbolla_bagli_fealiyyetime_son_verdim-913577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR