“İrəli” İB-nin yaranmasının 7 illiyi münasibəti ilə tədbir keçirilib

“İrəli” İB-nin yaranmasının 7 illiyi münasibəti ilə tədbir keçirilib
12:18 23 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün “İrəli” İctimai Birliyinin yaranmasının 7 illiyi münasibəti ilə hesabat xarakterli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbidə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, “İrəli” İB Azərbaycanda gənclər təşkilatları arasında öz dəsti-xətti ilə seçilən bir quruma çevrilib və sıralarında xeyli sayda istedadlı gəncləri birləşdirir.

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin ictimai həyata rolunun artırılmasıdır. İ.Babayev bildirib ki, bu gün Azərbaycan gənci yalnız gənclərə xas olan məsələlərlə məşğul deyil, eyni zamanda milli, qlobal məsələlərlə bağlı öz mövqelərini bildirirlər: “Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bəhrəsini görürük. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin yeni mərhələsinin şahidi oluruq. Azərbaycan bu gün dünyada öz sözünü deyən, inkişaf edən bir ölkəyə çevrilib. Düşünürəm ki, bu inkişafda gənclərin payı çoxdur”.

Sonra çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, “İrəli” İB gənclərimizin stimullaşdırılması üçün xeyli layihələr həyata keçirib. Millət vəkili qeyd edib ki, Azərbaycanda müstəqilliyin, dövlətçiliyin qorunub saxlanmasında gənclərin üzərinə böyük bir məsuliyyət düşür.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün Azərbaycan dövlətinin gənclər siyasətinin çox ciddi və fərqli nəticələrini görə bilərik: “Bu gün Azərbaycanda gənclər təşkilatlarımız maddi-texniki baxımdan inkişaf edir, gənclərimizin yanaşması dəyişir”.

V.Quliyev bildirib ki, Azərbaycanın gənclər siyasətinin modeli dünyaya bir nümunə kimi göstərilə bilər. V.Quliyev əlavə edib ki, “İrəli” İB Azərbaycanda gənclər təşkilatları arasında öncül yer tutan təşkilatlardandır: “İnanıram ki, “İrəli” İctimai birliyi gələcək fəaliyyətində də bu aktivliyini qoruyub saxlayacaq və daha da inkiaf edəcək”.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev deyib ki, “İrəli” İB yarandığı gündən dövlətçiliyə xidmət edir və Azərbaycan dövlətinin gənclər siyasətinin həyata keçirilməsində aktiv rol oynayır.

F.Hacıyev əlavə edib ki, bu gün Azərbaycan gəncliyi elə bir inkişaf səviyyəsinə çatıb ki, ölkəmizdə bütün sahələrdə aktiv rol oynayır və öz sözünü deyir.

Sonda çıxış edən “İrəli” İB-nin sədri Mirhəsən Seyidov təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib, gələcək planları haqqında danışıb. Daha sonra M.Seyidov “İrəli” İB tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciəti oxuyub. Müraciətdə Prezident İlham Əliyevin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü işlərə toxunulub və dövlət başçısı ad günü münasibəti ilə təbrik edilib.

Sonda bir sıra gənclərə müxtəlif mükafatlar təqdim edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR