Benites bu gün qovula bilər

Benites bu gün qovula bilər
12:22 23 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın baş məşqçisi Rafael Benites bu gün vəzifəsindən uzaqlaşdırıla bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi bu məsələ ilə bağlı iclas keçirəcək.

İspan həmkarlarımızın iddiasına görə, rəhbərlik Beniteslə yolların ayrılmasına qərar verəcək. La Liqanın ötən turunda "Rayo Valyekano" üzərində böyükhesablı (10:2) qələbəyə baxmayaraq, 55 yaşlı mütəxəssisin futbolçularla arasının yaxşı olmaması "kral klubu"nu narahat edir. Hətta dekabrın 30-da "Real Sosyedad"a qarşı keçiriləcək növbəti tur matçında komandanı meydana yeni baş məşqçinin çıxarması gözlənilir.
 
Qeyd edək ki, Benites "Real"ın "sükan"ı arxasına mövsümlərarası fasilədə keçmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR