Vergilər Nazirliyi müğənni Rəqsanəni 104 min manat cərimələyib - EKSKLÜZİV

Vergilər Nazirliyi müğənni Rəqsanəni 104 min manat cərimələyib - EKSKLÜZİV
12:34 23 Dekabr 2015
70 Şou
Ölkə mətbuatı
A- A+

Bu cərimə 3 ay ərzində yazılıb

Vergilər Nazirliyi müğənni Rəqsanə İsmayılovaya 104 min manat borc yazıb. Bu barədə Lent.az-a müğənnin özü məlumat verib. O, bildirib ki, bu cərimə 3 ay ərzində yazılıb: “Hazırda Moskvadayam. Vergilər Nazirliyi tərəfindən 3 aya 104 min cərimə olunmuşam. Bütün məsələlərlə vəkilim məşğul olur. Vəkilimin araşdırması yekunlaşandan sonra mətbuata açıqlama verəcəyəm”.

 

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyi şou-biznesin bir çox tanınmış nümayəndəsinin vergi borcu ilə bağlı məlumat yayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR