​"Qəbələ" klubunun daha 2 rəqibi müəyyənləşib

​"Qəbələ" klubunun daha 2 rəqibi müəyyənləşib
12:42 23 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Qəbələ" futbol komandası Ukrayna "Dnepr"i  ilə yoxlama matçı keçirəcək. Klubdan "Report"a verilən məlumata görə, oyun "qırmızı qaralar"ın Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. 
Qarşılaşma 24 yanvara təyin olunub. "Qəbələ" eyni zamanda yanvarın 17-də Almaniyanın "Osnabrük", yanvarın 20-də İsveçrənin "Sürix", yanvarın 23-də isə Bolqarıstanın "Levski" komandası ilə qarşılaşacaq. 
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında 10 - 27 yanvarda olacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-klubunun-daha-2-reqibi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR