DSMF Sabirabadda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib (FOTO)

DSMF Sabirabadda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib (FOTO)
12:48 23 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq dekabrın 23-də Sabirabad rayonunda növbəti regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Forumda pensiyaçıları və sosial sığorta ödəyicilərini maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Fondun şöbə müdiri Famil Qədimov müzakirələrin gedişində bildirib ki, çoxsaylı pensiyaçı və sosial sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. F.Qədimov ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 294 mindən çox pensiyaçı, 3 milyon 165 minə yaxın sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

Forumda “Elektron hökumət” portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb və bildirilib ki, sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərilən elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. Qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişi, həyata keçirilir.

Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Azəri Məmmədov təqdimatla çıxış edərək, tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.

Fondun digər əməkdaşı Elnur İbrahimovun ölkənin sığorta-pensiya sisteminin fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən “Açıq qapı günü” -regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12

Almaniyanın yeni baş nazirinin adına aydınlıq gəldi

24 Sentyabr 2017 21:09

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

24 Sentyabr 2017 21:07

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq” – FOTOLAR

24 Sentyabr 2017 21:03

Merkel yenidən qalib oldu

24 Sentyabr 2017 20:59

Sentyabrın 28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək

24 Sentyabr 2017 20:57

"Onlar həmin anda həddi aşdılar" - Roman Qriqorçuk

24 Sentyabr 2017 20:57

Almaniyada məscidə hücum olundu

24 Sentyabr 2017 20:57

AÇ-2017: Azərbaycan - Polşa 3:0

24 Sentyabr 2017 20:53

Millimizdən inamlı qələbə

24 Sentyabr 2017 20:43

Avro-2017: Millimiz itkisiz irəliləyir

24 Sentyabr 2017 20:39

"Qəbələ"nin futbolçuları arasında gərginlik

24 Sentyabr 2017 20:37

Tərlan Əhmədov: "Elxan Abdullayev bizə hörmətlə yanaşsın"

24 Sentyabr 2017 20:37

Şəkidə meşədə çürümüş kişi meyiti tapıldı

24 Sentyabr 2017 20:28

Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub

24 Sentyabr 2017 20:27

Hacıqabulda maşın piyadanı vuraraq öldürdü

24 Sentyabr 2017 20:24

Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

24 Sentyabr 2017 20:17

"İraqda irqçi dövlət qurula bilməz"

24 Sentyabr 2017 20:15

Goranboyda AĞIR QƏZA - Sərnişin öldü - FOTO

24 Sentyabr 2017 20:08

Ucarda “NİVA” yük maşını ilə toqquşdu - 3 yaralı

24 Sentyabr 2017 20:04