Bakıda qatilə 19 il cəza verdilər

Bakıda qatilə 19 il cəza verdilər
12:52 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vərəm dispanserində qətl törətməkdə təqsirləndirilən Əjdər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Ə. İsmayılov 19 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində müalicə olunan Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR