Cari ildə 57 mehmanxana təsnifatdan keçirilib

Cari ildə 57 mehmanxana təsnifatdan keçirilib
12:53 23 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatını aparılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan “HotelStars Criteria 2010-2014” uyğun hazırlanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilib.
Şəffaflığın artırılması məqsədilə və yeni texnologiyalardan istifadə etməklə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqramla təchiz olunmuş elektron cihaz vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Cari il ərzində 57 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilib. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 100-dür. Onların 68-i Bakı şəhərində, 32-i isə respublikamızın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 25-i beş, 53-ü dörd, 20-i üç, 2-i isə iki ulduz kateqoriyasına uyğundur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_ilde_57_mehmanxana_tesnifatdan_kechirilib-913594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR