"Toydan mənə 300-400 manat pul qalır" - Ceyhundan vergiyə etiraz

"Toydan mənə 300-400 manat pul qalır" -  Ceyhundan vergiyə etiraz
13:01 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi gəlirini gizlədib, vergidən yayınan şou-biznes nümayəndələrinin tam siyahısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, siyahıda "Qala" qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyevin adı yer alıb.

Lakin adının vergisini ödəməyən sənətçilər sırasında görən ifaçı etirazını bildirib:

"Mən 15-20 min manata toya getmirəm. Azərbaycanda ən aşağı qiymətə toya gedən mənəm. Vaxtlı-vaxtında da vergimi ödəyirəm. Atam elmlər namizədi, professordu. Hər dəfə o, hesabıma daxil olur və vergimi ödəyir. Gecikmə söhbəti belə ola bilməz. Adımı o siyahıya niyə daxil ediblər? Qrupla toya gedirəm, ordan mənə cəmi 300-400 manat pul düşür. Həmin məbləğdən vergi haqqımı hər zaman ödəyirəm. Buna baxmayaraq, adım həmin siyahıdadır. Artıq atam yazılı şəkildə buna etirazını bildirib".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR