Biletlərin qiyməti qalxdı

Biletlərin qiyməti qalxdı
13:06 23 Dekabr 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Devalvasiya “Azərbaycan Dəmir Yolları" QSC –nin də bilet qiymətlərinə təsir göstərib.

ANS PRESS-in məlumatına görə Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb.

Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, bu artım yanlız beynəlxalq daşımalara aiddir.

“Biz ölkə daxilində biletləri manatla satırıq. Amma beynəlxalq sərnişindaşımada ödənişləri İsveçrə frankı ilə həyata keçiririk. Dollarında kursu qalxdığı üçün kursa uyğun satış həyata keçiriləcək. Valyutanın kursu dəyişdiyi üçün biletin konkret qiymətinin demək çətindir”.


Nadir Əzməmmədov - Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri


N.Əzməmmədov bildirdi ki, biletlərin qiymətinda nəzərçarpan bahalaşma var. Hazırda Bakıdan qatarlar beynəlxalq istiqamətlər üzrə Tbilisi, Moskva, Xarkov, Tümen və Rostova hərəkət edir.

Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet satışı dayandırılmışdı.

Bu barədə ANS PRESS-ə bilet almaq istəyən vətəndaşlar məlumat veriblər.

Qurumun mətbuat əlaqələndiricisi Məhəmməd Abdullayevin sözlərinə görə, buna səbəb sistemdə yaranan nasazlıq olub. O, bildirmişdi ki, satılan biletlərin üst-üstə düşməməsi və əlavə problemlər yaranmaması üçün sistemdə yeniləmə işləri aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR