“Şahdağ” turizm kompleksi MDB dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb

“Şahdağ” turizm kompleksi MDB dağ-xizək kurortlarının TOP-10 reytinqində yer alıb
13:08 23 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“Şahdağ” qış-yay turizm kompleksi MDB ölkələrinin dağ-xizək kurortları üzrə tərtib edilmiş reytinqin ilk onluğunda yer alıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məşhur turizm xidməti Travel.ru “Forbes” ilə birlikdə yanvar ayı üçün MDB məkanı üzrə viza tələb olunmayan münasib (oteldə qalmaq haqqı, nahar, və s. xidmətlər nəzərə alınmaqla - Oktogo.ru saytının məlumatına əsasən) dağ-xizək kurortlarının TOP-10 reytinqini tərtib edib.
Siyahıda “Şahdağ” qış-yay turizm kompleksi altıncı sırada qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahdag_turizm_kompleksi_MDB_dag_xizek_kurortlarinin_TOP_10_reytinqinde_yer_alib-913599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR