Rafael Benites istefaya göndərilə bilər

"Real"ın baş məşqçisi Rafael Benites yaxın günlərdə istefaya göndərilə bilər.

Metbuat.az "Cadena Ser"ə istinadən xəbər verir ki, "Rayo Valyekano" üzərində qazanılan 10:2 hesablı qələbə belə, ispan mütəxəssisi xilas etməyə bilər. Mənbənin məlumatına görə, 30 dekabrda "Real Sosyedad"la oynanılacaq görüşdə Madrid klubu başqa məşqçinin rəhbərliyi altında meydana çıxacaq.

Rafael Benites və komanda arasında əlaqələrin tamamilə pozulduğu iddia olunur. Futbolçular Rafanın postunda qalmasını istəmirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR