Egeydə faciə: 7 uşaq boğuldu

Egeydə faciə: 7 uşaq boğuldu
13:26 23 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Növbəti miqrant faciəsi yaşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu dəfə faciənin ünvanı Egey dənizi olub.

Miqrantları daşıyan rezin qayıq Bulamaç Adası (Farmakonisi) yaxınlığında batıb. Nəticədə 13 nəfər ölüb. Bunlardan 7-i isə uşaqdır. Ölənlər arasında bir körpə də var.

Yunanıstanın sahil təhlükəsizlik xidmətindən verilən məlumata görə, 15 miqrant xilas edilib. Bir nəfər itkin düşüb. Onun axtarışları davam edir. Xilas edilənlərdən 3 nəfər komadadır. Onların vəziyyəti ağırdır.

Bu, miqrantlarla bağlı ilk faciə deyil. Bir neçə gün qabaq Muğlanın Bodrum rayonunda Yunanıstana keçmək istəyən miqrantla dolu gəmi batıb. Gəmidə olan 32 miqrant qaçaq yollarla Yunanıstana aid Kilimli (Kalimnos) adasına keçməyə çalışırdı. Gəmidə olan 14 nəfər xilas olunsa da, 18 nəfər batıb.

Bu insanlıq faciəsi baş verdiyi bir vaxta Avropa liderləri miqrant axınının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa çalışırlar.

Avropaya miqrant axınının artma səbəblərindən biri Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir.



Ancaq Suriyada artıq 4.5 ildir vətəndaş müharibəsi davam edir. Bu müddət ərzində yüz minlərlə insan ölüb, təxminən 7 milyonu ölkədə, 5 milyona yaxını ölkə xaricində olmaqla 13 milyondan çox suriyalı yaşadığı evdən və şəhərdən didərgin düşüb. Onların 2 milyonu Türkiyədə qaçqın düşərgələrində və ya fərdi şəkildə yaşamağa çaılışsalar da böyük əksəriyyəti daha yaxşı həyat üçün Avropanın yolunu tuturlar. Bu yolçuluğu isə çox vaxt həyatları ilə ödəyirlər.

Müəyyən şəxslər bir miqdar pul müqabilində minqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar. Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir. Son bir neçə ayda Ancaq Türkiyədə onlarla miqrant dənzidə boğularaq dünyasını dəyişib, onların cəsədləri isə sahilə çıxıb.


Bir neçə ay öncə Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıdıb.
Meyiti Türkiyə sahilinə çıxan 3 yaşlı Aylan Kurdi miqrant faciəsinin simvoluna çevrilmişdi.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR