AZAL komandası “Kəpəz” ilə yoxlama oyunu keçirə bilər

AZAL komandası “Kəpəz” ilə yoxlama oyunu keçirə bilər
13:28 23 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Zirə” ilə oyundan sonra istirahətə yollanan AZAL-da qış hazırlıq planları dəqiqləşib.
AZƏRTƏC xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov hazırlıq proqramını rəhbərliyə təqdim edib.
Üç mərhələdən ibarət təlim proqramına əsasən, məşqlər gələn il yanvarın 5-də bərpa olunacaq. İlk gündə tibbi baxışdan keçiriləcək komandanın üzvləri bir gün sonra meydana çıxacaqlar. Birinci mərhələ yanvarın 10-da yoldaşlıq görüşü ilə yekunlaşacaq.
Yanvarın 11-24-də isə növbəti təlim-məşq toplanışı təşkil olunacaq. Bu müddət ərzində məşqlərlə yanaşı ən azı 4 yoxlama oyunu da keçiriləcək. Artıq rəqiblərin axtarışına başlanılıb. Çox güman AZAL hazırlıq dövründə ölkə xaricinə yollanmayacaq “Kəpəz” ilə iki oyunda üz-üzə gələcək. Klublar arasında ilkin danışıqlar aparılır və bunun nəticəsindən asılı olaraq oyun tarixləri müəyyənləşəcək. Əgər “Sumqayıt” və “Rəvan” kimi elita klubları da Bakıda qalsa, onda bu sınaqçı-rəqiblərə də müraciət olunacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_komandasi_Kepez_ile_yoxlama_oyunu_kechire_biler-913608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR