"Rahat" marketlər şəbəkəsi çörəyin qiyməti ilə bağlı məsələyə aydınlıq gətirib

"Rahat" marketlər şəbəkəsi çörəyin qiyməti ilə bağlı məsələyə aydınlıq gətirib
13:32 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Rahat" marketlər şəbəkəsi bu gün sosial şəbəkələrdə mağazalarının birində çörəyin qiyməti ilə bağlı məsələyə aydınlıq gətirib.
Şirkətdən "Report"a daxil olan məlumata görə, baş verən hadisə mağazada texniki səhv nəticəsində çörəyin qiyməti artıq yazılıb. Dərhal mağaza rəhbərliyinin müdaxiləsindən sonra qiymət dəyişdilərək köhnə qiymətə qaytarılıb.
Məlumatda deyilir: "Bəzi KİV, sosial şəbəkələrdə Rahat marketin alış-veriş çekini çəkərək çörəyin qiymətinin qalxması ilə bağlı paylaşımlar ediblər. Hal-hazırda "Rahat" marketlərin bütün filiallarında çekdə göstərilən çörəyin qiyməti 0,40 AZN-dir və ümumiyyətlə heç bir çörək çeşidlərinin qiymətində qalxma olmayıb. Kassirin mexaniki səhfi üzündən anlaşılmazlıq olub".


Xəbərin orijinal ünvanı: http://report.az/biznes/rahat-marketler-sebekesi-coreyin-qiymeti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR