“Günəşli” yatağındakı qəza ilə əlaqədar SOCAR-dan “PAŞA Həyat Sığorta”ya 57 müraciət daxil olub

“Günəşli” yatağındakı qəza ilə əlaqədar SOCAR-dan “PAŞA Həyat Sığorta”ya 57 müraciət daxil olub
13:38 23 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müvafiq idarələrindən “PAŞA Həyat Sığorta” ASC-yə ümumilikdə 57 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a “PAŞA Həyat Sığorta” şirkətinin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev bildirib.
“Hazırda şirkət müraciətlər üzrə sığorta ödənişlərinin verilməsi üçün həlak olan və xəsarət alanlarla bağlı müvafiq dövlət qurumlarından lazımi sənədləri toplayır”, - deyə E.Hüseynquluyev vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yatagindaki_qeza_ile_elaqedar_SOCAR_dan_PASA_Heyat_Sigortaya_57_muraciet_daxil_olub-913612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR