Elzadan dollara şeir: "Sən qızsan, ya oğlansan?"

Elzadan dollara şeir: "Sən qızsan, ya oğlansan?"
13:41 23 Dekabr 2015
109 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış müğənni-bəstəkar, əməkdar arstist Elza Seyidcahan dolların bahalaşmasından yazıb. ANS PRESS-in məlumatına görə, sənətçi dollara şeir həsr edib. Sözügedən şeiri oxuculara təqdim edirik.

Dollar, dollar
Səni yormur yollar?
Bizi yordu borclar .
Niyə etdi corclar ?
Ora çatmaz qollar
Qapıda durur fonlar.
Belə getsə nə olar?

Nə olar bizə olar.
Dollar, dollar
Dola-dola doldun
Dərdimizdən soldun?
Dola.
Dola.
Bizi dola.
Onu dola,
Bunu dola.
Çıxmısan bir uzun yola
Daha bəsdir
Zil notlara çıxma sən.
Qulağımızı kəsmə sən.
Ömrümüzü üzmə sən.

Neçə vaxtdır dostumuzsan
Sevirik səni bilmirsən?
Eşqindən havalanmışıq .
Dərdindən paralanmışıq
Ləzzətindən suslanmışıq
Sən qızsan, ya oğlansan?
Qocasan, ya sən cavansan?
Sən bizi nə sanansan?
Bu odlara bizi salan sən
Bəlkəm sən xəstələnmisən?
Ulduz xəstəliyindəsən?
Elvis Preslidəndə sən
Maykl Ceksondanda sən
Uitni Hyustondan da sən
Elza Seyidcahandan da, sən
Betər xəstələndin yetər!

Sevginin gözü kor olur.
Sən nə deyirsən o olur.
Borclar dolur, dolur, dolur
Yollar yorur, yorur, yorur .
Qollar solur, solur, solur
Dollar dolur, dolur, dolur .
Dollar dolur, dolur, dolur
Dollar yolur, yolur, yolur
Dollar dolur, dolur, dolur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR