Proqnoz: ​Türkiyədə dollar 4,00 lirəyə qədər bahalaşa bilər

13:42 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə,  ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin  artırılması ilə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarları cəlbediciliyini itirməyə, bu tip ölkələrdən kapital axını başlayıb və 2016-cı ildə kapital axınının daha da güclənməsi proqnozlaşdırılır.
D.Yılmazın fikrincə, 2016-cı ildə Türkiyəyə kifayət qədər xarici kapitalın gəlməməsi ÜDM-in artımını dayandıracaq və türk lirəsinin devalvasiyasına səbəb olacaq. Türkiyənin gələn il 165 mlrd. dollar xarici borc ödəməli olduğunu bildirən keçmiş baş bankir, cari əməliyyatlarda olan kəsirlə ölkənin maliyyə ehtiyacının 210 mlrd. dollara çatacağını qeyd edib. Qeyd edək ki, Türkiyədə ÜDM-in həcmi 2015-ci il yanvarın 1-nə 799 mlrd. dollar təşkil edib. Yəni, gələn il üçün Türkiyə iqtisadiyyatının 25%-dən də artıq bir həcmdə kapitala ehtiyacı yaranıb.
"Dünya" qəzetinin tədbirində çıxış edən D.Yılmaz Türkiyəyə gələn birbaşa və dolayı investisiyalarda 2015-ci ildə azalmanın olduğunu, belə davam edəcəyi təqdirdə 2016-cı ildə ÜDM-də artımın olmayacağını diqqətə çatdırıb. Qeyd edək ki, Türkiyə iqtisadiyyatı 2015-ci ilin III rübündə proqnozdan artıq - 4% artıb. İlk 9 ayda isə bu artım 3,4% olub. Türk lirəsi isə ilin əvvəlindən dollarla müqayisədə 26% devalvasiyaya uğrayıb və hazırda məzənnə 2,93 TRY/USD-yə bərabərdir. Maliyyə bazarlarında kapital qıtlığının olması və böhranın davam etməsi dolların məzənnəsini 2016-cı ildə 3,80-4,00 TRY/USD-yə çatdıra bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/proqnoz-turkiyede-dollar-4-00-lireye-qeder-bahalasa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR