Bakı aeroportunda ölüm (FOTO)

Bakı aeroportunda ölüm (FOTO)
14:01 30 Dekabr 2014
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, aeroportun girəcəyində sərnişinlərdən birinin halı pisləşib. Kişi qəfil yerə yıxılıb.

Dərhal təcili yardıma xəbər verilib. Lakin həkimlər gələnə qədər kişi dünyasını dəyişib.

İlkin məlumata görə, kişi ürək çatışmazlığından dünyasını dəyişib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ölüm faktını təsdiqləyib. O, ANS PRESS-ə açıqlamasında dünyasını dəyişən şəxsin 1948-ci il təvəllüdlü İsfəndiyar Hüseynov olduğunu deyib.

ANS PRESS hadisə şahidlərinin təqdim etdiyi görüntünü təqdim edir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR