DİN Bakıda restoranda 6 nəfəri güllələyən məmur oğlundan hansı silahın götürüldüyünü açıqladı

DİN Bakıda restoranda 6 nəfəri güllələyən məmur oğlundan hansı silahın götürüldüyünü açıqladı
13:47 23 Dekabr 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) Bakıda restoranda 6 nəfəri güllələyən məmur oğlundan silah götürüldüyünü açıqlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Lökbatan qəsəbəsində yerləşən "Zeytə" restoranının qarşısında 6 nəfərə tüfəngdən açdığı atəşlə xəsarət yetirib hadisə yerini tərk etmiş Məhərrəm Əliyev və Zaqatala rayon sakini Samir Epdiyev tutulublar.

M.Əliyevdən hadisəni törədərkən istifadə etdiyi "Bunta Maqnum" markalı tüfəng götürülüb.

Qeyd edək ki, M. Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev məlum hadisə ilə bağlı tutduğu vəzifədən azad edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR