Dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər

Dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər
13:48 23 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycanın həyatının bütün sahələrində qazanılan və haqlı olaraq Sizin ali dövləti fəaliyyətinizlə bağlı sayılan uğurlar dost ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün geniş imkanlar yaradır. Qarşılıqlı faydalı Tacikistan-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi ölkələrimizin və xalqlarımızın rifahı və firavanlığı naminə mənim də can atdığım məqsəddir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ailənizə firavanlıq, bütün təşəbbüslərinizdə uğurlar diləyim".

x x x

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının bütün kompleksinin genişlənməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar. Şəxsən Sizin köməyinizlə energetika, sənaye, infrastruktur sahələrində iri müştərək layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes birlikləri xətti üzrə intensiv dialoq aparılır.

Sizinlə çoxsaylı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Maraqlı və etimada əsaslanan ünsiyyətimizi davam etdirməyə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2473107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR