Kapital Bank kredit verməkdə davam edir

Kapital Bank kredit verməkdə davam edir
13:56 23 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

“Kapital Bank” ASC tərəfindən bütün növ kreditlərin verililməsi davam etdirilir.

ANS PRESS-in məlumatına görə, kreditlər üzrə illik faiz dərəcələrinə və şərtlərə hec bir dəyişiklik edilməyib. Kapital Bankın ölkə üzrə yerləşən bütün filiallarında kreditlərin rəsmiləşdirilməsi həmişəki qaydada davam edir. Kreditlərin şərtləri barədə ətraflı məlumat almaq üçün 196 nömrəli Sorğu Mərkəzinə zəng etmək olar.

Kapital Bank-ın müştərilərinə təklif etdiyi kredit növlərinə gəlincə, gündəlik tələbat kreditini misal çəkmək olar. Bu kreditin məbləği – 500 AZN-dən 15 000 AZN-dəkdir. Kredit 6, 9, 12, 24 və ya 36 ay müddətinə verilir, illik faiz dərəcəsi - 28,23 %-ə qədərdir.

Əmək haqqı və ya təqaüdünüzü Kapital Bankdan alırsınızsa, o zaman kartınıza təcili kredit xətti açdıra bilərsiniz. Kredit xəttinin müddəti - 24 ay, kredit xəttinin limiti isə 50 AZN - 500 AZN-arasındadır.

Kapitalkart isə Kapital Bankın təqdim etdiyi xüsusi taksit kartıdır və bir çox ticarət obyektlərində, xidmət sahələrində dəyərini hissə-hissə ödəməklə alış-veriş etmək imkanı yaradır. Kartın alınması və xidmət haqqı pulsuzdur. Həmçinin kart pulsuz olaraq SMS Banking xidmətinə qoşulur. İstənilən zaman ayrılan limitin 50%-dək nağdlaşdırılması mümkündür.

Şəxsi avtomobil sahibi olmaq istəyənlərə də Kapital Bank sərfəli imkan yaradır. Bu, avtomobil krediti almaqla mümkündür. Kredit manat və ya dollarla verilir, faiz dərəcəsi 13%-dən 17%-dəkdir. Kreditin məbləği isə 5000 AZN/USD - 30 000 AZN / 40 000 USD-dir.

Kapital Bank müştərilərinə ipoteka krediti də təklif edir.

Bankın verdiyi kreditlərlə bağlı bu elektron ünvandan da məlumat almaq olar:

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çoxdur ki fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumlarından biridir. Universal bank sayılan Kapital hazırda 2 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Bank eyni zamanda dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR