Azərbaycana ​"quş qripi" əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlanıb

Azərbaycana ​"quş qripi" əleyhinə dərman idxal edən şirkətin Bakı ofisi bağlanıb
14:02 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Schering-Plough Central East AG" şirkəti Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.
Məlumata görə, kreditorlar iki ay ərzində "Grata Azerbaijan" MMC-nin Bakı şəhərinin Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi,13A ünvanında yerləşən ofisinə bildirə bilərlər.
Qeyd edək ki, "Schering-Plough Central East AG" şirkəti ABŞ-ın əsas dərman istehsalçılarından biri olan "Merck & Co Inc."in törəmə qurumudur.
Xatırladaq ki, Azərbaycanda "Merck & Co Inc."in ən çox satılan H5N1 virusu ("quş qripi") əleyihinə istehsal etdiyi "Oseltamivir" tərkibli "Tamiflu" preparatıdır ki, hazırda həmin dərman vasitəsinin apteklərdə satılmadığı deyilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR