“Sumqayıt”: 23 futbolçu, 23 qol - VİDEO

“Sumqayıt”: 23 futbolçu, 23 qol -   VİDEO
14:07 23 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında 2015/16 mövsümündə ilk iki dövrə arxada qalıb və komandalar qış fasiləsinə yollanıb. “Sumqayıt” 18 xal toplamaqla fasiləyə 8-ci pillədə gedib. 


Qeyd edək ki, klub ilk 7 turda baş məşqçi Aqil Məmmədov çalışdırıb. 8-ci turdan isə komanda Samir Abasova həvalə edilib. 

"Sumqayıt" arxada qalan 18 qarşılaşmada 3 qələbə, 9 heç-heçə və 6 məğlubiyyətə imza atıb. Bu oyunlarda komanda 23 qol vurub və qapısından 28 top buraxıb.


18 turda əsas komandada ümumilikdə 23 futbolçu çıxış edib. İlk iki dövrədə ən çox oyun keçirmiş futbolçu isə Vurğun Hüseynov olub. Kapitan bütün qarşılaşmalarda əvəzlənmədən meydanda olub. O, ümumilikdə 18 görüşdə 1620 dəqiqə oynayıb. Slavik Alxasov isə 17 oyunda meydanda olmaqla siyahıda ikinci pillədə qərarlaşıb.


Vurğun Hüseynov – 18 oyun (1620 dəqiqə)

Slavik Alxasov – 17 (1530)

Murad Ağayev – 16 (1413)

Ağabala Ramazanov – 16 (1358)

Cəmil Hacıyev – 16 (1266)

Tofiq Mikayılov – 16 (974)

Uğur Pamuk – 15 (977)

Bəxtiyar Həsənalızadə - 13 (1140)

Aleksandr Çertoqanov – 14 (1152)

Şahrudin Məhəmmədəliyev – 13 (1131)

Pərdis Fərcad-Azad – 12 (786)

Emin Mehdiyev – 12 (882)

Nuran Qurbanov – 11 (601)

Nodar Məmmədov – 9 (636)

Tural Rzayev – 9 (420)

Mirzağa Hüseynpur – 9 (198) 

Amit Quluzadə - 8 (391)

Tərlan Əhmədli – 7 (489)

Amil Yunanov – 6 (264)

Mikayıl Rəhimov – 4 (280)

Elnur Abdulov – 2 (120)

Əli Əlimərdanlı – 2 (28)

Xəyal Nəcəfov – 1 (10)


Amil Yunanov ən sərrast futbolçudu


Arxada qalan 18 turda "Sumqayıt"ın ən sərrast futbolçusu Amil Yunanovdu. Ümumilikdə, 6 qarşılaşmada 264 dəqiqə meydanda olan adıçəkilən futbolçu 6 dəfə rəqib qapılarına yol tapıb. O, bombardirlər siyahısında ilk pillədə qərarlaşan “Qarabağ”ın üzvü Riçard Almeydadan cəmi 1 top geri qalır. Ağabala Ramazanov və Uğur Pamuk isə hərəyə 3 dəfə fərqlənib.


Vurulan qollar: Amil Yunanov (6), Ağabala Ramazanov (3), Uğur Pamuk (3), Pərdis Fərcad-Azad (2), Mikayıl Rəhimov (2), Bəxtiyar Həsənalızadə, Nuran Qurbanov, Mirzağa Hüseynpur, Emin Mehtiyev, Slavik Alxasov.


Buraxılan toplar: Şahrudin Məhəmmədəliyev 12 oyun / 18 qol, Tərlan Əhmədli 7 oyun / 10 qol.



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sumqayt-23-futbolcu-23-qol-t46362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR