Yol qəzasında 3 nəfər yaralandı

Yol qəzasında 3 nəfər yaralandı
14:12 23 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, İmişlidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hacıqabul-Horadiz avtomobil yolunun 109-cu kilometrliyində qeydə alınan hadisə zamanı İmişli sakini Ələmdar Məhəmməd oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Beyləqan sakini Vaqif Çərkəz oğlu Rəsulovun idarə etdiyi "Opel" markalı minik maşını toqquşub. Zərbənin təsirindən hər iki minik maşını yoldan çıxaraq kənara düşüb. Nəticədə avtomobillərin sürücüləri və "Opel"də olan sərnişin Eldar Ərşad oğlu Sədiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/392532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR