Türkiyə hava limanında partlayışda 1 nəfər ölüb

Türkiyə hava limanında partlayışda 1 nəfər ölüb
14:19 23 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Sabiha Gökçen” hava limanında partlayış baş verib.  

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, təyyarələrin park edildiyi sahədə dünən gecə 02:00 radələrində səbəbi hələ də bilinməyən güclü partlayış olub.

Partlayış zamanı yaralanan iki xadimə qadından biri Zəhra Yamaç xəstəxanada dünyasını dəyişib. Canan Burgulunun isə müalicəsi davam etdirilir.

Gazırda hava limanı güclü polis nəzarəti altındadır. Partlayış bayırdan hava limanına edilən bir hücum kimi də qiymətləndirilir.

Partlayış olan yerdə və təyyarələrdə araşdırmalar aparılır. Axtarış edənlərə Bell 429 tipli helikoper də dəstək üçün verilib.

Şahidlərdən birinin dediyinə görə, partlayış düz 3 dəfə olub.

Hadisə ilə bağlı “Pegasus” şirkətindən edilən açıqlamadaq qeyd edilir ki, partlayış zamanı təyyarə və sahədə sərnişin olmayıb, hazırda hava limanı normal fəaliyyətini davam etdirir.  

Hava limanının investisiya istehsal və işlətmə şöbəsindən edilən açıqlamaya görə, partlayışla bağlı araşdırmalar davam edir. Terminallarda uçuş-enişlərdə  heç bir problem yoxdur. 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR