2015-in bizdən aldığı məşhurlar - FOTO

2015-in bizdən aldığı məşhurlar - FOTO
14:32 23 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Artıq 2016-cı ilə sayılı günlər qalıb, 2015-ci il isə xatirələrimizdə qalacaq. Təəssüf ki, geridə qoyacağımız il xoş hadisələrlə yanaşı, itkisiz də ötüşmədi.
 
Milli,Az publika.az-a istinadən 2015-ci ildə həyata vida edən məşhurlarımızın siyahısını təqdim edir. 
 
Azərbaycan mədəniyyəti özünün ən parlaq simalarını itirdi.
 
Tanınmış rəssam Hafiz Fətullayev  yanvarın 20-də 70 yaşında vəfat etdi.
 
Yanvarın 28-də xalq şairi Vaqif Səmədoğlunu itirdik. Şair uzun sürət xəstəlikdən sonra dünyasını dəyişdi.
 
Xalq rəssamı Davud Kazımov fevralın 14-də 89 yaşında gözlərini əbədi olaraq yumdu.
 
Teatr sənətinin tanınmış nümayəndəsi, respublikanın xalq artisti, prezident mükafatçısı İlham Əsgərov sentyabrın 6-da qəflətən dünyasını dəyişdi.
 
Aprelin 6-da bir çox sevilən mahnıların bəstəkarı Nəriman Məmmədovu itirdik.
 
Aprelin 17-də xalq artisti, bəstəkar Ramiz Mirişli 81 yaşında sevənlərinə əlvida etdi.
 
 İyulun 30-u Azərbaycanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının aktrisası Sofiya Hüseynova 89 yaşında dünyasını dəyişdi.
 
Avqustun 5-də "Qaynana" filmindən mehriban, qayğıkeş gəlin obrazı kimi yaddaşımızda qalan Tanilə Əhmərova gözlərini əbədiyyətə yumdu.
 
Sentyabrın 8-də ustad sənətkar Habil Əliyevi itirdik. Uzun sürən xəstəlikdən sonra axşam saatlarında öz evində vəfat edən sənətkarın yoxluğu ürəkləri dağladı.
 
Sentyabrın 23-də sevilən şair Məmməd Aslan uzun sürən ağciyər xəstəliyindən dünyasını dəyişdi.
 
Oktyabrın 10-u xalq artisti Nuriyyə Əhmədova səhər saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə ürək tutmasından vəfat etdi.
 
Oktyabrın 24-ü əməkdar artisti Gülnar Salmanova dünyasını dəyişdi. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən aktrisa oynadığı rolları yadigar qoyub getdi.
 
Tanınmış bəstəkar, xalq artisti, professor Azər Rzayev dekabrın 14-də ömrünün 86-cı ilində bizlərdən əbədi ayrıldı.
 
Dekabrın 21-də əməkdar artisti Ələsgər Məmmədoğlu xərçəng xəstəliyindən dünyasını dəyişdi.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/392523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR