Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ADAU-da seminar keçirib

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ADAU-da seminar keçirib
14:33 23 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) immunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fermerlərlə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Eldar Mustafayev ADAU-nun aqronomluq fakültəsində Göygöl, Gədəbəy, Samux, Şəmkir, Tovuz rayonlarından olan fermerlərinin iştirakı ilə “Kartof sahələrində yayılmış virus xəstəlikləri” mövzusunda seminar keçirib.
Tədbirdə kartof bitkisində yayılmış virus xəstəlikləri barədə geniş məlumat verilib.
Sonda fermerlərin sualları cavablandırılıb, problemlərlə bağlı bəzi məsləhətlər verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genetik_Ehtiyatlar_Institutunun_emekdasi_ADAU_da_seminar_kechirib-913634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR