ANS ÇM-də qanun pozuntuları aşkarlanıb

ANS ÇM-də qanun pozuntuları aşkarlanıb
14:46 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçiriləcək.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, iclasda ölkədə fəaliyyət göstərən radiolarda baş verən qanun pozuntuları müzakirə olunacaq.
 
Konkret olaraq isə ANS ÇM radiosunda ciddi qanun pozuntuları aşkar olunub və bununla bağlı inzibatı protokollar tərtib olunaraq ANS Şirkətlər Qrupuna göndərilib.
 
Qeyd edək ki, hazırda radioların monitorinqi davam etdirilir və ANS ÇM-dən başqa digər radiolarda ciddi qanun pozuntuları aşkarlanmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR