Fuad Qəhrəmanlının vəkili Bakı İstintaq təcridxanasının rəisinə müraciət etdi

Fuad Qəhrəmanlının vəkili Bakı İstintaq təcridxanasının rəisinə müraciət etdi
15:08 23 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının vəkili müdafiə etdiyi şəxsin istintaq təcridxanasında telefon danışığı və kompüterdən istifadə etməsinə icazə verilməsi barədə rəsmi müraciət edib. Bu barədə Trend-ə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, müraciət Bakı İstintaq təcridxanasının rəisinə və Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Pərviz İbayevə təqdim edilib: "Fuad Qəhrəmanlının bu hüquqdan istifadə etməsi üçün rəsmi müraciət edilməlidir. Həmin müraciəti hazırlayıb bu gün təqdim etdim. İnanıram ki, müraciətə müsbət cavab veriləcək və Fuad Qəhrəmanlı bu vasitələrdən qanunvericiliyə uyğun istifadə edəcək".

Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sadəcə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR