Bakı. Elmir Murad - Trend:
Ağsuda evin zirzəmisindən silah-sursat tapılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, silah-sursat Ağsu rayon sakininin evində aparılan axtarış zamanı aşkarlanıb.
Belə ki, rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Şamxal Şamıyevin evinin zirzəmisindən “AKM” markalı silah, 70 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Bizi Twitter-dən izləyin: @trend_az