Uşaqlar üçün sevinc dolu Yeni il şənliyi təşkil olunacaq

Uşaqlar üçün sevinc dolu Yeni il şənliyi təşkil olunacaq
15:43 23 Dekabr 2015
183 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 31-dən 2016-cı il yanvarın 2-dək “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə “ABU Arena”da körpə uşaqlar və məktəblilər üçün Yeni il bayramı keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bayram şənliyində Dövlət Pantomima Teatrının aktyorları, şən klounlar, Şaxta baba və Qar qız iştirak edəcək. Tədbirin maraqlı olması üçün iştirakçı uşaqlar mahnı və rəqslər ifa edəcək, müxtəlif oyunlar və viktorinalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaqlar_uchun_sevinc_dolu_Yeni_il_senliyi_teskil_olunacaq-913657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR