Ukraynalı tələbələr Heydər Əliyevin siyasi irsini öyrənir

Ukraynalı tələbələr Heydər Əliyevin siyasi irsini öyrənir
15:53 23 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 23 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik” fondunun təşəbbüsü ilə Poltava İqtisadiyyat və Ticarət Universitetinin (PİTU) Ukrayna Mədəniyyət Mərkəzində “Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Bakı Slavyan Universitetinin PİTU-da fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin direktoru, fəlsəfə doktoru Yaşar Alxasov ukraynalı tələbələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsi, iki dost ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafında onun Ulu Öndərin rolu barədə məlumat verib.
PİTU-nun pedaqogika və ictimai elmlər kafedrasının professoru, tarix elmləri doktoru İrina Petrenko Azərbaycanda multikulturalizmin inkişafında Heydər Əliyevin rolu barədə söhbət açıb, bütün dünyada dinc yanaşı yaşamağın vacibliyini vurğulayıb.
Sonra yerli “Micto” telekanalında çəkilmiş “PİTU-nun Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
https://www.youtube.com/watch?v=XH1iKAiHAPI.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynali_telebeler_Heyder_Aliyevin_siyasi_irsini_oyrenir-913664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR