Ermənistan və Rusiya arasında böyük razılaşma

Ermənistan və Rusiya arasında böyük razılaşma
16:36 23 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə sistemlərini birləşdirdi.

ANS PRESS-in məlumatına görə, bu barədə müqavilə Rusiyanın müdafiə naziri Serqey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında imzalanıb.

Sənədin imzalanması nazirlərin ikitərəfli görüşündən sonra baş tutub. Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub.


Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Rusiyanın müdafiə naziri Serqey Şoyqu

Hal-hazırda Rusiya Qırğızıstan və Tacikistanla Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ətrafında işlər aparır. Qazaxıstanla isə oxşar müqavilə 2013-cü ildə imzalandığı halda artıq Belarus və Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri birləşdirilib.

Son vaxtlar isə Rusiya əsasən Ermənistandakı hərbi bazasını gücləndirir. Bir necə gün əvvəl Rusiya Ermənistandakı hərbi bazasına 6 ədəd Mi-24 və Mi-8 helikopteri göndərib.

Konkret olaraq Krasnodarda yerləşən hərbi aerodromdan İrəvanın yaxınlığında yerləşən Erebuni hərbi bazasına 6 ədəd Mi-24P döyüş helikopteri və Mi-8MT nəqliyyat helikopteri gətirilib.

Rusiya ilə Türkiyə arasında yaşanan gərgin münasibətlərin ardınca Rusiya bu addımı atıb. Bundan əvvəl, dekabrın 8-də Ermənistandakı Erebuni rus hərbi bazasına 7 ədəd “Mi-24P” zərbə və “Mi-8MT”nəqliyyat vertolyotlarının gətirildiyi haqda məlumatlar yayılıb.

Ermənistanın siyasi şərhçiləri rəsmi Moskva və İrəvan arasında hərbi bütünləşməni ölkələrinin müstəqilliyinin itirilməsinə gətirib çıxaracağını deyirlər.

Bir ölkənin hava sərhədlərinin xarici dövlət tərəfindən qorunması o ölkəninin müstəqilliyinin itirməsinə bərabərdir. Ermənistan bu addımı atmaqla bir daha Rusiyanın təsiri altında olduğunu sübut etdi. Yəqin ki, son vaxtlar Azərbaycan ordusunun Ermənistana təziqi onları bu addımı atmağa məcbur edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR