OPEK: Neftin bir barelinin qiyməti 160 dollardan çox olacaq

OPEK: Neftin bir barelinin qiyməti 160 dollardan çox olacaq
16:37 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ OPEK-in "neft səbəti"nin nominal dəyəri bir barelə görə 160 dollardan çox olacaq, dünyada neftə olan tələbat isə 2040-cı ilə qədər 20% artacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 23-də nəşr edilən OPEK-in 2040-cı ilə qədər dünya neft proqnozunda (World Oil Outlook) məlumat verilir.
Eyni zamanda, OPEK neftin bir barelinin 160 dollara yüksələcəyinin proqnoz yox, şirkətin uzunmüddətli perspektivdə neft bazarında tələb və təklifin dinamikasını öyrənmək üçün əsas kimi istifadə etdiyi fərziyyə olduğunu vurğulayıb.
Qeyd edək ki, OPEK "neft səbəti"nə Yaxın Şərq, Afrika və Latın Amerikasının 12 növ nefti daxildir. Bu neftin bir barelinin qiyməti dekabrın 20-nə olan məlumata görə 30,74 dollara bərabərdir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/opek-neftin-bir-barelinin-qiymeti-160-dollardan-cox-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR