AZAL aviabiletlərin qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirir

16:38 23 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan Respublikasının aeroportlarından həyata keçirilən uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.
30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və sairə şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.
Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_aviabiletlerin_qiymetinin_asagi_salinmasi_imkanlarini_nezerden_kechirir-913680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR