Xalq artisti toylara son qoydu (VİDEO, FOTO)

Xalq artisti toylara son qoydu (VİDEO, FOTO)
16:51 23 Dekabr 2015
42 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Bilal Əliyev artıq toylarda iştiraka son qoyub. Bu barədə açıqlamanı o özü ANS PRESS-ə verib.

Xalq artisti bildirib ki, artıq ifa tərzini dəyişir. “Mən artıq toylara getmirəm. Öz üzərimdə işləyirəm, yeni proqram qururam. Tamam başqa tərzə - stilə keçmişəm. Repertuarım xarici mahnılardan ibarət olacaq. Belə ki, 20 mahnım olsa, onun 15-i xarici olacaq. Yerdə qalan isə Azərbaycan mahnısı".


Bilal Əliyev - "Bala Nərgiz"

Qeyd edək ki, B.Əliyev dəfələrlə toyda fantastik qiymətlər müqabilində iştirak etdiyi barədə açıqlamalar verib. O, toy qiymətinin yüz min manatlarda olduğunu iddia edirdi.

Bilal Şahşirin oğlu Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kürd qardaşlar kəndində anadan olub.

Bilal Əliyevə Azərbaycan prezidentinin 28 oktyabr 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist" 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti fəxri adları verilib.


Bilal Əliyev toylardan birində



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR