Azərbaycandan Qırğızıstana göndərilən humanitar yardım sabah Bişkekə çatacaq

Azərbaycandan Qırğızıstana göndərilən humanitar yardım sabah Bişkekə çatacaq
16:53 23 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 23 dekabr, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyinin birinci katibi Fərhad Məmmədov bu ölkənin Fövqəladə Hallar Nazirliyinin stats-katibi Talaybek Temiralievlə görüşüb.
Görüşdə Qırğızıstanın Oş vilayətində baş vermiş zəlzələ ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardım göndərilməsi, yardımın olduğu 20 yük maşınının təhlükəsiz və maneəsiz şəraitdə mənzil başına çatdırılması məsələləri müzakirə olunub.
Bildirilib ki, humanitar yardım dekabrın 24-də Bişkekdə qırğız tərəfinə təqdim ediləcək.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR