x
Loading...
.

“Bank VTB” ASC-nin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostindən

17:03 23 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+
.


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə “Bank VTB” ASC-nin İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.
Bu, həqiqətdir ki, Siz müdrik siyasi xadim və öz ölkəsini ürəkdən sevən, bütün qüvvələrini Vətənə xidmətə sərf edən güclü, nüfuzlu lider keyfiyyətlərinə malik olan insansınız. Sizin Prezident vəzifəsində daim yüksək vətənpərvərlik, şəffaflıq və saflıq prinsiplərinə əsaslanan qurucu fəaliyyətiniz Azərbaycanın gələcək simasının möhkəm təməlini yaradır.
Hörmətli İlham Heydər oğlu, icazə verin, həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın Sizə daimi dəstəyini diləyim.
Hörmətlə,
Andrey Kostin
“Bank VTB” ASC-nin prezidenti - İdarə Heyətinin sədri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_VTB_ASC_nin_prezidenti___Idare_Heyetinin_sedri_Andrey_Kostinden-913695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR