Səttar Bəhlulzadə küçəsində təmir başa çatıb

Səttar Bəhlulzadə küçəsində təmir başa çatıb
17:07 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsinin Ağa Sadıq Gəraybəyli və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin ümumi uzunluğu 700 metr, ortalama eni isə 9 metrdir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, təmir-tikinti işləri zamanı həmin ərazinin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə burda ikiqat olmaqla təqribən 6 500 kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Xatırladaq ki, bundan öncə Səttar Bəhlulzadə küçəsinin Atatürk prospekti və Ağa Sadıq Gəraybəyli küçələri arasında yerləşən hissənində təmir-tikinti işləri aparılıb. Bu ərazinin uzunluğu isə 350 metr, ortalama eni 18 metrdir. Sözügedən ərazidə 500 paqon metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6 000 kv. metr əraziyə yeni ikiqat asfalt-beton örtüyü döşənib.





Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/settar-behlulzade-kucesinde-temir-basa-catib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR