100-cü qolun müəllifi Cavid İmamverdiyev oldu

“Kəpəz” – “Neftçi” duellərində 100-cü qol vurulub.

41-ci dəfə qarşılaşan komandaların Gəncədəki duelində (1:1) bakılıların bərabərlik qolunu vuran Cavid İmamverdiyev bu yubiley qolunun müəllifi olub. Ümumi top fərqində “Neftçi” 63:37 hesabı ilə öndədir. Bu da komandanın daha çox – 19 qələbə qazanıb, 15 dəfə uduzması ilə bağlıdır. Rəqiblər 7-ci dəfə heç-heçə edib.

Bunadək ölkə çempionatlarında 7 cütdə 100 və daha çox qol vurulmuşdu. Rekord isə “Qarabağ” – “Bakı” matçlarına təsadüf edir - 123 qol (69-54). “Qarabağ” – “Neftçi” oyunlarında 119 (60-59), “Turan” – “Kəpəz” duellərində 112 (56-56), “Neftçi” – “Bakı” matçlarında 111 (70-41) qol qeydə alınıb. “Neftçi” – “İnter” oyunlarında 108 (62-46), “Neftçi” – “Turan” matçlarında 104 (69-35), “Kəpəz” – “Qarabağ” görüşlərində 101 (51-50) qol vurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR