Cari il İtaliya xilasediciləri 150 min miqrantın həyatını qurtarıb

Cari il İtaliya xilasediciləri 150 min miqrantın həyatını qurtarıb
17:13 23 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 23 dekabr, AZƏRTAC
Cari il Avropaya bir milyondan artıq miqrant axın edib. Beynəlxalq Miqrasiya Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, onlardan 3 min 600 nəfəri həyatını itirib.
AZƏRTAC AGİ agentliyinə istinadla xəbər verir ki, Avropaya gələn miqrantların ən çox məskunlaşdığı ikinci ölkə İtaliyadır. Onların üz tutduqları digər Avropa ölkələri isə Yunanıstan, Bolqarıstan, İspaniya, Maltadır. Cari il İtaliya xilasediciləri 150 min miqrantın həyatını qurtarıb.
Məsələyə münasibət bildirən İtaliyanın daxili işlər naziri Ancelino Alfano vurğulayıb ki, ölkəsi xeyli sayda miqrantın həyatını xilas etməklə bir çox faciələrin qarşısını alıb. O deyib: “Qeyri-qanuni immiqrantların repatriasiyası üçün vahid Avropa yanaşmasının mövcudluğu olduqca vacibdir. Çünki bu axının qarşısını başqa yolla almaq mümkün deyil. Gələn il müvafiq məsələ ilə bağlı önəmli qərarın verilməsi zəruridir”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_il_Italiya_xilasedicileri_150_min_miqrantin_heyatini_qurtarib-913701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR