bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrelldən

17:18 23 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə və Azərbaycan xalqına davamlı uğurlar və rifah arzu edirəm.
İyirmi ildən artıqdır ki, bp şirkəti Azərbaycan hökuməti ilə birlikdə ölkədə və regionda dünya miqyaslı layihələr həyata keçirir. Biz bu tərəfdaşlıqdan böyük qürur duyuruq və qarşıdan gələn onilliklər ərzində yeni birgə layihələrə imza atacağımıza ümid edirik.
Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz dəyərli dəstəyə görə Sizə şəxsən dərin minnətdarlığımı bildirirəm.
Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.
Hörmətlə,
Qordon Birrell
bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə
regional prezidenti

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/bp_sirketinin_Azerbaycan_Gurcustan_Turkiye_uzre_regional_prezidenti_Qordon_Birrellden-913705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR