Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən

17:18 23 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli İlham Əliyev,
İcazə verin, doğum gününüz münasibəti ilə Sizə ürəkdən gələn ən səmimi təbriklərimi çatdırım.
Bu xoş fürsətdən istifadə edərək, bildirmək istərdim ki, xalqlarımızın dostluğu kimi möhkəm təməl üzərində qurulan Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı strateji əməkdaşlığın daha da inkişaf etməsinə verdiyiniz şəxsi töhfələrinizi yüksək qiymətləndiririk.
Biz, həmçinin çox şadıq ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan bütün istiqamətlərdə mühüm tərəqqiyə nail olaraq regionda ən inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir.
Mən səmimi qəlbdən inanıram ki, Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə daha da dərinləşməkdə və güclənməkdə davam edəcəkdir.
İcazə verin, Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edim, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım. Sizə ən yüksək ehtiramımı bildirirəm.
Ən xoş arzularla,
İrakli Qaribaşvili
Gürcüstanın Baş naziri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_Bas_naziri_Irakli_Qaribasviliden-913702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR