Məşhur tennisçi karyerasına son qoydu

Robin Söderlinq 31 yaşında professional tennis karyerasına son qoyub.

Metbuat.az-ın məlumatına görə, uzun müddətdir yoluxucu mononükleoz xəstəliyindən əziyyət çəkən isveçli tennisçi qərarını açıqlayıb. Söderlinq 2011-ci ildən bəri kortlara çıxmırdı.

Təklərin mübarizəsində karyerası ərzində 480 görüş keçirən Söderlinq bunların 310-dan qalib ayrılmışdı. O, 10 illik professional karyerası ərzində eyni sayda titulun sahibi olmuşdu. Söderlinq 2010-cu ilin noyabrında ATP-nin reytinq cədvəlində 4-cü sıraya qədər irəliləmişdi. Bu, onun ən yaxşı nəticəsi idi.

Robin Söderlinq Rafael Nadalın "Rolan Qarros"da məğlubiyyətsizlik, Roje Federerin isə "Böyük dəbilqə" turnirlərində ardıcıl 23 dəfə yarımfinal oynadığı seriyalara son qoyan tennisçi kimi xatırlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR