"Neftçi" "oyunlar zamanı arzuolunmaz hadisələrin qarşısını almaq məqsədilə" görüş keçirdi (FOTOLAR)

UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırma üzrə qaydalarına əsasən azarkeşlərlə əlaqələndirici şəxs, təhlükəsizlik xidmətinin rəisi və mühafizəçilərlə “Oyunlar zamanı arzuolunmaz hadisələrin qarşısını almaq məqsədilə” mövzusunda əməkdaşlıq etmək üçün görüş keçirilib.


“Neftçi”nin inzibati binasında baş tutmuş və klub rəsmilərinin iştirak etdiyi görüşdə aşağıdakı məsələlərlə bağlı müzakirələr aparılıb:

1. Ev oyunları zamanı “Neftçi” fanklublarının və azarkeşlərin yerləşdirilməsi və təhlükəsizliyi.

2. Ev oyunları zamanı qonaq komandanın azarkeşlərinin yerləşdirilməsi və təhlükəsizliyi.

3. Ev oyunları zamanı oyunun başlama və bitmə vaxtlarında turniketlərdə sıxlığa nəzarət edilməsi.

4. Ev oyunları zamanı matçın sonunda meydançaya digər şəxslərin daxil olması.

5. Səfər oyunları zamanı azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR